İDMAN


Azərbaycan şahmatçılarına yeni beynəlxalq idman rütbələri verilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

FİDE-nin 87-ci Konqresində FİDE-nin yeni titulları verilib. Xatırladaq ki, FİDE-nin 87-ci Konqresinin iclasları Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası günlərində keçirilib.

AZƏRTAC xəbər verir ki, FİDE-nin fəxri adlarına layiq görülənlər arasında Azərbaycanın aşağıda göstərilən nümayəndələri də var:

Nail Bəşirli və Günay Məmmədzadəyə (reytinq göstəricisi zəruri həddə çatmaq şərti ilə) beynəlxalq usta adı, Elvin Hüseynov, Hüseyn Tağıyev, Lana Əfəndiyeva, Gülnarə Süleymanova və İlahə Qədimovaya beynəlxalq usta adı, Murad İsgəndərli, Vitali Sapronov və Vüqar Səfərliyə beynəlxalq təşkilatçı adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.