İDMAN


Azərbaycan şahmatçısı beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb

A+ A

Bakı, 4 yanvar, AZƏRTAC

Brisben şəhərində şahmat üzrə "Australian Open" beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Kənan İzzət dördüncü turda yerli şahmatçı Corc Lester ilə qarşılaşıb. Rəqibini məğlub edən şahmatçımız turnirdə üçüncü qələbəsini qazanıb.

Hesabında 3 xal olan K.İzzət 8-24-cü pillələri bölüşür. Bütün görüşlərini qələbə ilə başa vuran avstraliyalı Maks İllinqvorts və Qene Nakauçi, özbəkistanlı Temur Kuybokarov liderlər qrupunda yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.