İDMAN


Azərbaycan şahmatçısı gənclər arasında dünya çempionu olub

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

Serbiyanın paytaxtında 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi keçirilib. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə 40-cı dünya çempionatı daxil idi.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi, beynəlxalq qrossmeyster Zaur Məmmədov gənclər arasında dünya çempionu adını, komandamızın daha bir gənc üzvü Rəşad Zeynallı isə gümüş medal qazanıb. Bürünc mükafatın sahibi isə rusiyalı Danila Pavlov olub.

Şahmat həllçilərimiz 22 komanda arasında 8-ci olublar. Çempion adını Polşa, gümüşü Litva, bürünc medalı isə Serbiya yığması qazanıb. Heyf ki, bu dəfə hərbi qulluqda olduğu üçün komandanın liderlərindən, gənclər arasında dünya çempionu, beynəlxalq usta Misrətdin İskəndərov çempionatda iştirak etməyib. Bu da komandanın nəticəsinə təsir göstərib.

Şahmat həlletməsi üzrə Azərbaycan millisi 2014-cü ildə Berndə mundialda və 2016-cə ildə Afinada Avropa çempionatında gümüş medal qazanıb.

Zaur Məmmədov həmçinin, ikigedişli məsələlərin sürətli həlli üzrə Belqradda da dünyanın ən güclüsü olduğunu sübut edib. İkinci yeri slovakiyalı Tomas Peitl, üçüncü yeri isə şahmat və şahmat həlletməsi üzrə beynəlxalq qrossmeyster Jonathan Mestel (Böyük Britaniya) tutub.

Ənənəvi olaraq, konqresdə şahmat bəstəçilərinə beynəlxalq adlar təqdim edilib. Kənan Vəlixanov son illərin nəticələrinə əsasən, şahmat bəstəçiliyinin Yardımmat bölməsində, beynəlxalq hakim adı alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.