MƏDƏNİYYƏT
Azərbaycan şairi Hüseyn Kürdoğlunun kitabı özbək dilində
Daşkənd, 7 yanvar, AZƏRTAC
Daşkənddəki “Mumtoz soz” nəşriyyatı Azərbaycan şairi Hüseyn Kürdoğlunun “Seçilmiş şeirlər” kitabını özbək dilində çap edib.
Kitabı orijinaldan ədəbiyyatımızın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib.
Filologiya elmləri doktoru, professor Xamidulla Boltabaev topluya yazdığı “Ön söz”də şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun əsərlərini təhlil edib.
“Ön soz”də deyilir: “Hüseyn Kürdoğlu zaman və millət şairidir. Onun əsərlərinin dili rəvan, şeirləri mənalı və oxunaqlıdır. Buna görə də şairin əsərləri bir sıra dillərə tərcümə edilib”.
Kitaba şairin müxtəlif janrlarda yazdığı əsərləri toplanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]