SİYASƏT
Azərbaycanın İspaniyadakı səfiri bu ölkənin mətbuatında yayılan məlumatla bağlı açıqlama verib
İspan mətbuatı bu məlumatı yayarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salır. Məlumatda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu bildirilir, müharibə nəticəsində on minlərlə insanın həyatını itirdiyi, 1994-cü ildə tərəflər arasında atəşkəsin əldə edilməsinə baxmayaraq cəbhə xəttində gərginliyin hələ də davam etdiyi diqqətə çatdırılır.
Yayılmış məlumatla bağlı Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev AZƏRTAC-a açıqlama verib. O bildirib ki, rəsmi olaraq belə qətnamə yoxdur. İspaniya Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı məlumatsız olduğunu deyib. Belə sənədi qəbul etmək istəyən isə Bask vilayətinin rayonlarından birinin yerli idarəetmə orqanıdır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyan ilə keçirilmiş görüşdə Bask vilayətinin Donastiya şəhəri ilə Dağlıq Qarabağın Xankəndi şəhərinin qardaşlaşması barədə bask və erməni dillərində sənəd imzalanıb. Sənədin hər iki tərəf üçün ortaq anlaşılan dildə surətinin olmaması onun qeyri-legitimliyinin göstəricisidir.
Altay Əfəndiyev bu məsələyə tam aydınlıq gətiriləcəyini bildirib. Səfir vurğulayıb ki, bütün hallarda məsələ diqqətdən kənarda qalmayacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid