SİYASƏT
Azərbaycan səfiri Türkiyədə akkreditə olunmuş diplomatik korpusun duayeni olaraq səlahiyyətlərinin icrasına başlayıb
Ankara, 4 noyabr, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov noyabrın 3-dən etibarən Türkiyədə akkreditə olunmuş diplomatik korpusun duayeni kimi rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
Duayen akkreditə olunduğu ölkənin hökuməti ilə həmin ölkədəki diplomatik korpus arasında qəbul edilmiş rəsmi vasitəçidir. 1961-ci il Vyana Konvensiyasına əsasən, qəbul edən dövlətdə fəaliyyət göstərən, etimadnaməsini birinci təqdim edən diplomatik nümayəndəlik rəhbəri diplomatik korpusun duayeni təyin olunur. Diplomatik korpusun duayeni həmkarlarına, xüsusilə də yeni gələn səfirlərə yerli protokol, etiket, fəaliyyət və akkreditə olunan ölkənin hakimiyyət orqanları ilə qarşılıqlı münasibətlər məsələləri üzrə məsləhətlər verir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara