SİYASƏT
Azərbaycan səfiri: Yaxşı olar ki, dünya birliyi Xocalı soyqırımı ilə bağlı ədalətli mövqe göstərsin
İstanbul, 25 aprel, AZƏRTAC
Yüz il bundan əvvəl baş vermiş hadisələri müzakirə mövzusu etməkdənsə yaxşı olar ki, dünya ictimaiyyəti 23 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı barədə ədalətli mövqe nümayiş etdirsin.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun bu fikirləri “Milliyet” qəzetində dərc edilib. F.Bağırov qeyd edib ki, arxivlərin açılacağı təqdirdə beynəlxalq ictimaiyyətdə Birinci Dünya müharibəsi ərəfəsində baş vermiş hadisələr barədə tamamilə başqa bir fikir formalaşacaq. Uydurma “erməni soyqırımı” ermənilər üçün qazanc mənbəyidir. Əgər əsl həqiqətlər ortaya çıxarsa, o zaman ermənilərin yalan və iftiradan gəlir gətirən mənbələrinin qapısı bağlanacaq.
Yazı qəzetin elektron versiyasında da yerləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul