SİYASƏT


Azərbaycan səfiri etimadnaməsini Maltanın Prezidentinə təqdim edib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin Malta Prezidentinə salamlarını və xoş arzularını çatdırıb, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd edib, əməkdaşlığın bundan sonra daha da inkişafı üçün çalışacağını vurğulayıb.

Maltanın Prezidenti Mari-Luiz Koleyro Preka onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, Maltanın Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səviyyəli səfərlərin həyata keçirildiyini deyib. Prezident Mari-Luiz Koleyro Preka cari ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Malta Respublikasının Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

M.Əhmədzadə, həmçinin Maltanın xarici işlər naziri Corc Vella, parlamentin sədri Ancelo Farruca, xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Kris Acus və digər deputatlar ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.