SİYASƏT


Azərbaycan səfiri etimadnaməsini Ukrayna Prezidentinə təqdim edib

A+ A

Kiyev, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev oktyabrın 26-da etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edib. Bu barədə AZƏRTAC-a Ukrayna dövləti başçısının mətbuat xidmətindən məlumat veriblər.

Prezident və diplomat Ukrayna ilə Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi barədə ölkələrimizin mövqelərinin dəyişmədiyini vurğulayıblar. Görüşdə Ukrayna-Azərbaycan dialoqunda müşahidə olunan yüksək dinamika müsbət qiymətləndirilib.

Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının beşinci iclası və Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu il keçirilən 11-ci iclası çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.