MƏDƏNİYYƏT


“Azərbaycan şəhərciyi”ndə nümayiş olunan qida məhsullarımız ziyarətçilərin zövqünü oxşayıb

A+ A

Paris, 25 sentyabr, AZƏRTAC

Konsepsiyası genişləndirilmiş “Azərbaycan şəhərciyi” ziyarətçilərinə ölkəmizlə, onun tarixi və mədəniyyəti, adət-ənənələri, müasir həyatı ilə yaxından tanış olmağa imkan yaradıb.

Şəhərcikdə məlumat zonası, muzey və sərgilər bölməsi, xalq sənətkarlıq emalatxanaları, milli mətbəx restoranı, uşaq zonası, Azərbaycan kitabxanası ilə yanaşı, qida məhsulları yarmarkası da ziyarətçilərdə maraq doğurub.

Burada AZPROMO tərəfindən ölkəmizin ixrac olunan qida məhsulları sərgilənir.

Yarmarkada “Azərsun Holding” şirkətlər qrupunun yüksək keyfiyyətli “Bizim tarla” və “Azərçay” məhsulları böyük maraqla qarşılanıb.

“Viva” şirniyyat evi qonaqlara milli şirniyyatlarımızı təqdim edir.

“Tovuz Baltiya”, “Aspi-Aqro” MMC-nın “Aspi Winery”, “Göygöl” üzüm emalı zavodlarının, eləcə də meyvə şirəsi istehsal edən bir çox zavodların məhsulları qonaqların zövqünü oxşayıb.

Ziyarətçilər nardan, heyvadan, qarpızdan və digər meyvələrdən hazırlanan içkilərə heyranlıqlarını bildirərək hazırlanma texnologiyaları ilə maraqlanırlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.