İQTİSADİYYAT


Azərbaycan şərabı “İnterwinery” sərgisində qızıl mükafata layiq görülüb VİDEO

A+ A

Quancou, 14 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı Fərmanının icrası istiqamətində Çinə həyata keçirilən ilk ixrac missiyası uğurlu olub. Dünyada şərabçılıq sahəsində ən böyük sərgilərdən hesab olunan “İnterwine” beynəlxalq şərabçılıq sərgisində Azərbaycan məhsulları da nümayiş olunub.

Quancou Beynəlxalq Konqres və Sərgi Mərkəzində təşkil olunan və müxtəlif ölkələrdən 2000-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalçıları yerli şərablarımızı nümayiş etdirib.

İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq, şirkətlərin fərdi qaydada beynəlxalq sərgilərdə iştirakına dəstək verilib və ixrac missiyasının xərcləri dövlət hesabına ödənilib.

Sərgi çərçivəsində təşkil edilən şərab müsabiqəsinə təqdim edilmiş “Savalan” markalı Azərbaycan şərabı münsiflər tərəfindən qızıl mükafata layiq görülüb.

Azərbaycan və sərgidə iştirak edən digər ölkələrin iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, Çindəki yerli distribüterlərlə, potensial müştərilərlə görüşlər keçirilib. Sərgi iştirakçılarına Azərbaycanın investisiya və biznes imkanları, ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Quancou

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.