İQTİSADİYYAT


Azərbaycan şərabları Çində nümayiş olunur VİDEO

A+ A

Honqkonq, 10 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixrac missiyası Honqkonqdadır.

AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsinin daxil olduğu ixrac missiyası 9-cu “Honqkonq Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi”ndə iştirak edir. Honqkonq Konqres və Sərgi Mərkəzində təşkil olunan və 37 ölkədən mindən artıq iştirakçının qatıldığı sərgidə Azərbaycan üçün pavilyonda yerli şərablarımız nümayiş olunur.

Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Sərgi iştirakçılarına Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub.

Noyabrın 13-15-də Azərbaycanın ixrac missiyası Çinin Quancou şəhərində təşkil olunan “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək.

Çinə səfər çərçivəsində Azərbaycan və Çin iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq, ixrac missiyası Çin Xalq Respublikasında yerli distribüterlərlə, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Honqkonq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.