İQTİSADİYYAT


Azərbaycan şərabları "Prowein" Sərgisində təqdim olunacaq

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan məhsulları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein" sərgisində nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 19-21-də keçiriləcək "Prowein" sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin şərabları və spirtli içkiləri təqdim ediləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Düsseldorfda keçiriləcək "Prowein" sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 9 şirkət sərgidə iştirak hüququ qazanıb. "Prowein" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanına uyğun olaraq, dövlət tərəfindən qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.