İQTİSADİYYAT
Azərbaycan sərmayədarları İnquşetiyada topdansatış bazası tikəcəklər
Moskva, 30 mart, AZƏRTAC
Bu il Rusiyanın İnquşetiya Respublikasında Azərbaycan sərmayədarlarının iştirakı ilə topdansatış ərzaq bazasının inşasına başlanılacaq. Bazanın nəzdində mağazalar da fəaliyyət göstərəcək. Bu barədə jurnalistlərə İnquşetiya başçısının mətbuat katibi Mədinə Qalayeva məlumat verib.
Ərzaq bazasında məhsullar Yaxın Şərq ölkələri ilə müqayisədə 10-20 faiz ucuz satılacaq. Ümumi sahəsi 2 min kvadratmetr təşkil edəcək bazada 1,5 min ton ərzaq məhsulu yerləşdirmək mümkün olacaq. Azərbaycan sərmayədarlarının 150 milyon rubl məbləğində sərmayə yatıracağı obyektdə 70 nəfər işlə təmin ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
- 07.05.2024 [12:45]