İDMAN


Azərbaycan stolüstü tennisçiləri Çexiyada “Gənclərin Avropa TOP – 10” yarışında iştirak ediblər

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada stolüstü tennis üzrə “Gənclərin Avropa TOP – 10” yarışı keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının AZƏRTAC-a bildiriblər ki, dairəvi sistem üzrə keçirilən yarışda idmançılarımızın hər biri 9 görüş keçirib.

Gənc qızlar arasında keçirilən yarışlarda tennisçimiz dördüncü, yeniyetmə qızlar arasında idmançılarımız dördüncü və altıncı, yeniyetmə oğlanlar arasında isə tennisçilərimiz yeddinci yerdə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.