İDMAN


Azərbaycan taekvandoçusu İslamiadanın finalında

Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC

Taekvandoçumuz Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına adlayıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz yarımfinalda iranlı Əlireza Dərvişpurla görüşüb. Azərbaycan idmançısı rəqibi üzərində 24:4 hesabı ilə inamlı qələbə qazanaraq finala yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarımfinal qarşılaşmasına baxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.