İDMAN


Azərbaycan taekvandoçusu Koreyada keçirilən dünya çempionatının finalında

Bakı, 30 iyun, AZƏRTAC 

Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Milad Beigi Hərçəqani (80 kq) Koreya Respublikasında keçirilən dünya çempionatında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, yarışların yeddinci günündə - iyunun 30-da dayanq üzərinə çıxan təmsilçimiz M.Hərçəqani yarımfinalda moldovalı Aaron Cooka 41:5 hesabı ilə qalib gəlib.

Beləliklə, “Bakı-2017”nin çempionu, ötən ilin Avropa çempionu olan idmançımız dünya çempionatında ən az gümüş medalı təmin edib. Onun çempionluq uğrunda həlledici qarşılaşmada rəqibi rusiyalı idmançı, 2013-cü ilin dünya çempionatının bürünc medalçısı Anton Kotkov olacaq.

Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatının yarımfinalında İran taekvandoçusu Mirhaşem Hosseini ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə İran təmsilçisi 5:6 hesabı ilə üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.