İDMAN


Azərbaycan taekvandoçusu Koreyada keçirilən dünya çempionatının qalibi olub

Bakı, 30 iyun, AZƏRTAC 

Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Milad Beigi Hərçəqani Koreya Respublikasında keçirilən dünya çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz M.Hərçəqani final qarşılaşmasında rusiyalı rəqibi, 2013-cü il dünya çempionatının bürünc medalçısı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatını bürünc medalla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.