İDMAN


Azərbaycan taekvandoçusu Məhəmməd Məmmədov Koreyadakı dünya çempionatında ən azı bürünc medalı təmin edib

Bakı, 29 iyun, AZƏRTAC 

Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Məhəmməd Məmmədov (63 kq) Koreya Respublikasında keçirilən dünya çempionatında ən az bürünc medalı təmin edib.

AZƏRTAC xəbər verir ki, yarışların altıncı günündə - iyunun 29-da dayanq üzərinə çıxan təmsilçimiz Məhəmməd Məmmədov Özbəkistan təmsilçisi Sərdar Tahirovu (10:3), Seneqal idmançısı Maktar Əl Məhəmməd Diaonu (26:6) və portuqaliyalı Nuno Costanı (35:17) məğlub edib. Yarımfinala vəsiqə uğrunda Rusiya təmsilçisi Bolat İzutdinovla döyüşən M.Məhəmmədov rəqibinə 11:7 hesabı ilə qalib gəlib. Yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısı finala vəsiqə uğrunda qarşılaşmada rəqibi iranlı idmançı Mirhashem Hosseini olacaq. Yarımfinal və final döyüşləri iyunun 30-da keçiriləcək.

Qadınların yarışında ölkəmizin şərəfini qoruyan Yaprak Eriş (57 kq) isə ilk rəqibi Ekvador təmsilçisi Dayana Seniyə qalib gəlsə də (13:2), ikinci döyüşündə Skylar Parka (Kanada) məğlub olaraq (14:26) mübarizəni dayandırıb.

Azərbaycanın kişi və qadınlardan ibarət taekvando üzrə yığma komandası “G12” kateqoriyalı yarışda səkkiz kişi və dörd qadın olmaqla 12 taekvandoçu ilə təmsil olunur.

İyunun 30-da yarışların sonuncu günündə “Bakı-2015”in və “Bakı-2017”nin çempionu, ötən ilin Avropa çempionu, dünya kubokunun ikiqat sahibi Milad Beigi Hərçəqani (80 kq) turnirdə ilk döyüşünə çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.