İDMAN


Azərbaycan taekvandoçusu Qaşım Maqomedov İslamiadada gümüş medalla kifayətlənməli olub

Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC

Taekvandoçumuz Qaşım Maqomedov (54 kq) IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala layiq görülüb.

AZƏRTAC xəbər verir ki, idmançımız finalda iranlı Mahdi Eşaqi ilə qarşılaşıb. Görüşün əsas vaxtı 21:21 hesabı ilə başa çatdığı üçün qarşılaşmanın taleyini qızıl xal həll edib. Bu hissədə rəqibinə 0:3 hesabı ilə məğlub olan Q.Maqomedov gümüş medalla kifayətlənməli olub.

Bürünc medalları isə türkiyəli Deniz Dağdelen və seneqallı Kama Mahomadu Moustapa əldə ediblər.

Qaliblərə medalları İslam Həmrəyliyi İdman Federasiyasının üçüncü vitse-prezidenti Əhməd Məhəmməd Fouli təqdim edib.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Qaşım Maqomedov Pakistan idmançısı Umar İqbal ilə üz-üzə gəlib. O, ilk görüşdə rəqibini 26:6 hesabı ilə məğlub edib. İdmançımız ikinci döyüşündə özbəkistanlı Şukrob Bobobekovlə qarşılaşıb. Görüşün əsas vaxtı 22:22 hesabı ilə nəticələndiyi üçün qalibi qızıl xal müəyyən edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala adlayıb. İdmançımız yarımfinalda türkiyəli Deniz Dağdelen üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb.

Qaşım Maqomedov taekvando üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.