İDMAN


Azərbaycan taekvondoçuları Lüksemburqda beynəlxalq turnirdə iştirak edəcəklər

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası iyulun 9-10-da təşkil ediləcək “Luxembourg Open” beynəlxalq turnirində iştirak etmək məqsədi ilə Lüksemburqa yollanıb.

AZƏRTAC xəbər verir ki, “G1” kateqoriyalı turnir həm reytinq xalları, həm də “Rio-2016” Yay Olimpiya Oyunlarından əvvəl taekvondoçular üçün mühüm əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov bu yarışda tam heyətə üstünlük verib. Belə ki, məşqçilər yarışda Məcid Sofiyev (54 kq), Mikayıl Əliyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami, Ayxan Tağızadə (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayevə (87 kq-dan yuxarı) şans verəcək.

Qadın taekvondoçuların yarışında isə ölkəmizi yalnız Fəridə Əzizova (67 kq) təmsil edəcək. İdmançımızın klubdakı məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb.

Millimiz iyulun 12-də Vətənə qayıdacaq. F.Əzizova isə Serbiyadan gələn dəvətə əsasən, bu ölkənin Olimpiya lisenziyalı idmançısı Milika Mandiç ilə birgə 10 günlük təlim-məşq toplantısına qatılmaq üçün Lüksemburqdan Belqrada yollanacaq və Olimpiya Oyunlarına hazırlığını davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.