İDMAN


Azərbaycan taekvondoçuları “Rio-2016”da iştirak etmək üçün Braziliyaya yola düşüblər

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) avqustun 13-də Braziliyaya yola düşüblər.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park Braziliyaya bir gün əvvəl yola düşüblər.

Rio Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.