ELM VƏ TEXNOLOGİYA


“Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” kitabı çapdan çıxıb

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan tarixşünaslığında ilk dəfə “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” kitabı nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən çap olunan kitabın tərtibçisi tarix elmləri doktoru Nurulla Əliyev, “Ön söz”ün müəllifi Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev, elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanovdur.

N.Əliyev Azərbaycan tarixçilərinin hərb tarixi məsələlərinə həsr olunmuş elmi monoqrafiya və məqalələrini toplayıb. Burada sırf hərb tarixçiləri kimi tanınan tədqiqatçıların elmi əsərləri ilə yanaşı, Azərbaycan tarixinin müxtəlif aspektləri (siyasi, iqtisadi, dövlətçilik) üzrə mütəxəssis olan tədqiqatçıların əsərləri də yer alıb.

Nəşrdə materiallar təqdim edilərkən “dil prinsipi” əsas götürülüb, yəni Azərbaycan, türk, rus, ingilis, fars, fransız, çin, yapon, Ukrayna dillərində olan elmi əsərlər ayrıca paraqraflar şəklində təqdim edilir. Eyni zamanda, kitabda yalnız fərdi müəlliflər deyil, elmi kollektivlərin yaratdıqları əsərlər də göstərilib. Tərtibçi 1129 adda elmi əsər müəyyənləşdirməyə müvəffəq olub və onları kitabda göstərib. XX əsr ərzində və müasir dövrdə fəaliyyət göstərən bütün tarixçilərin hərb tarixi ilə bağlı elmi işləri bir kitabda əksini tapıb.

Kitab Azərbaycan hərb tarixi ilə məşğul olan, onun müxtəlif dövr və hadisələrini araşdıran tədqiqatçılar, həmçinin tariximizin şanlı səhifələri ilə maraqlanan şəxslər üçün ətraflı biblioqrafik göstəricidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.