MƏDƏNİYYƏT


Azərbaycan teatrının baş rejissoru beynəlxalq tədbirə hazırlaşır

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək.

Belə ki, beynəlxalq laboratoriya Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə mayın 26-dan 31-dək Moskvada gerçəkləşəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Xalq Artisti, Rusiya Teatr Xadimləri İttifaqının katibi Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutacaq laboratoriyanın budəfəki mövzusu “A.P.Çexovun “Üç bacı” pyesinin üzərində iş zamanı tətbiq edilən analiz metodu”dur.

Laboratoriya günlərində Valeriy Fokinin sədrliyi ilə Teatr Rejissorları Gildiyasının II Assambleyası keçiriləcək. Assambleya görkəmli rejissor Yuri Lyubimovun anadan olmasının 100 illiyinə həsr olunacaq. Dərslər Rusiya Teatr Xadimləri İttifaqının binasında baş tutacaq.

B.Osmanov Assambleyanın yığıncağında “K.S.Stanislavskinin əməli təliminin ünsiyyət problemi” və “2009-2019-cu illər Azərbaycan teatrı - Beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar” mövzuları ilə çıxış edəcək, həmçinin “Üç bacı” pyesinin təhlili prosesində yaxından iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.