MƏDƏNİYYƏT
Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən fotosərgi açılacaq
Bakı, 26 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Hədəf: bahar” mənzərə fotosərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, fotosərgi Azərbaycan təbiətinin gözəlliklərinə, bölgələrimizin landşaft müxtəlifliyinə həsr olunub. Sərginin məqsədi Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir.
Sərgidə fotoqraflar Rüstəm Hüseynov, İlknur Kəngərli, Emil Qazi və Denis Sveçnikovun Azərbaycan baharının ən gözəl anlarını əks etdirən fotoşəkilləri nümayiş olunacaq.
İyunun 2–dək davam edəcək sərgiyə giriş sərbəstdir.