REGİONLAR


Azərbaycan təbiətinin inciləri: Kəpəz dağı, Göygöl və Maralgöl... FOTOREPORTAJ

Göygöl, 2 avqust, Rauf Hacıyev, AZƏRTAC

Kəpəz dağı, onun ətəyindəki sıx meşələr, yamyaşıl güllü-çiçəkli çəmənliklər, qayalar arasından süzülən şəlalələr, buz bulaqlar, dibi görünməyən dərələr boyunca axan çaylar bir də bir-biri ilə gözəllik bəhsinə girən 19 ecazkar dağ gölü.

Xüsusən də Göygöl və Maralgöl təbiətin yurdumuza elə bir bəxşişidir ki, əsrlərdir şairlər, rəssamlar, bəstəkarlar bu gözəllikdən ilham alıb, onu öz əsərlərində dönə-dönə vəsf edirlər. Hər gün minlərlə yerli və xarici qonaq, turist ana təbiətin yaratdığı bu bənzərsiz mənzərəni seyr edir, onun füsunkar gözəlliyindən zövq alırlar.

AZƏRTAC ölkəmizin bu təbiət gözəlliklərindən çəkilmiş fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.