CƏMİYYƏT
Azərbaycan təhsilinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib. Ulu Öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib.
Bu sözləri dekabrın 12-də Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Vüsal Əkbərli AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan təhsilinin inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən ölkədən kənarda kadr hazırlığı başlanıb. Bütün bu işlər isə Azərbaycan xalqının gələcəyi və gəncliyi üçün həyata keçirilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]