ELM VƏ TƏHSİL


Azərbaycan təhsilinin qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 9 dekabr, AZƏRTAC 

Dekabrın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində ( AzMİU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı tədbir keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Heydər Əliyev irsinin təbliği və bu dahi şəxsiyyətin nurlu xatirəsinin anılması məqsədilə keçirilən tədbirlərin Ulu Öndərin irsinin öyrənilməsi və təbliği, ideyalarının gələcək nəslə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

Rektor Ümummilli Liderin əbədiyaşar ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsində və möhtəşəm fəaliyyətində təhsil həmişə xüsusi yer tutub.

Azərbaycanda müstəqillik əldə olunduqdan sonra Ulu Öndərin xidmətləri sayəsində bütün sahələrdə olduğu kimi təhsildə də davamlı nailiyyətlərdən danışan professor G.Məmmədova müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni təhsil müəssisələrinin tikildiyini, maddi-texniki baza ilə təmin olunduğunu, yeni özəl ali təhsil müəssisələrinin açıldığını xatırladıb.

Digər çıxış edənlər Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.