CƏMİYYƏT


Azərbaycan tələbələri Çində ölkəmizi layiqincə təmsil edirlər

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uhan Universitetində təhsilini davam etdirir.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Uhan şəhərində keçirilən “İpək Yolu” mədəniyyət festivalı çərçivəsində Azərbaycan milli rəqsləri və geyim nümayişi ilə iştirak edən A.Kərimova milli çay dəstgahını və xına mərasimini də təqdim edib. Yetmişdən artıq ölkənin nümayəndələrinin qatıldıqları festivalda Azərbaycandan olan digər tələbələr də ölkəmizi layiqincə təmsil ediblər.

ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun sözlərinə görə, bu ali məktəbin tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil alırlar. Onlar Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə kimi Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədilə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş davamlı tədbirlər təşkil etməklə ictimai fəallıq göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.