SİYASƏT


Azərbaycan təmsilçiləri “Tank biatlonu” müsabiqəsinin yarımfinalına vəsiqə qazanıblar VİDEO

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları–2016” çərçivəsində təşkil edilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışların növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 18 ölkədən 54 tank heyətinin qatıldığı 15 mərhələdən ibarət “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək. Yarımfinalda tankçılarımız 4 komandadan ibarət qruplarda avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.

Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq. Ən yaxşı heyət sıralamasında Azərbaycan tankçıları 5-ci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.