MƏDƏNİYYƏT


Azərbaycan təmsilçisi “Eurovision-2017”nin ilk yarımfinalında çıxış edəcək

Bakı, 1 fevral, AZƏRTAC

Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarının püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 iştirakçının çıxış edəcəyi planlaşdırılır.

Azərbaycan müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya və Avstraliya ilə birgə çıxış edəcək.

Xatırladaq ki, “Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

Azərbaycanı “Eurovision-2017”də Diana Hacıyeva təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.