İDMAN


Azərbaycan təmsilçisi Gideo Yafet Memorialının reytinq-favoritidir

A+ A

Bakı, 11 iyul, AZƏRTAC 

Qüdsdə sayca ikinci Gideon Yafet Şahmat Memorialı başlanıb.

AZƏRTAC xəbər verir ki, altı ölkədən 50 şahmatçının, o cümlədən 12 qrossmeysterin iştirakı ilə keçirilən open “A” turnirində Azərbaycan təmsilçisi Arkadi Naydiç iştirak edir. Azərbaycan təmsilçisi həm də turnirin reytinq-favoritidir.

“A” turnirində birinci turun partiyaları oynanılıb. Birinci turda qara fiqurlarla oynayan Arkadi Naydiç yerli şahmatçı Peter Qovxatı məğlub edib. Təmsilçimizin ikinci turda rəqibi israilli Aleksandr Kaspi olacaq.

Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.