İDMAN
Azərbaycan təmsilçisi kanoe-slalom idman növündə yarımfinala yüksəlib [YENİLƏNİB]
Bir nəfərlik kayak qayığı ilə ilk cəhdində 200 metr məsafə üzrə seçmə yürüşünü 95,12 nəticə ilə 14-cü başa vuran Yure Meqliç ikinci keçidini 90,70 nəticə ilə tamamlayıb.
O, yarımfinala yüksələn 21 idmançı arasında ilk 15-likdə qərarlaşıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin yarışları avqustun 10-u başlayacaq. İlk onluğa düşəcək atletlər finalda çıxış edəcək.
22:35
Bakı, 7 avqust, AZƏRTAC
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə debüt edib. Kanoe-slalomçumuz Yure Meqliç 200 metr məsafəyə bir nəfərlik kayak qayığı ilə seçmə yürüşünü 95.12 nəticə ilə 14-cü sırada tamamlayıb.
Meqliçin ikinci keçidi saat 22:42-də olacaq. Ümumilikdə, iki keçiddən sonra 21 idmançı arasında ən yaxşı nəticə göstərən ilk 15 atlet yarımfinala yüksələcək.
Qeyd edək ki, Yure Meqliç Olimpiada tarixində kanoe-slalom idman növündə Azərbaycanın ilk təmsilçisidir.