ELM VƏ TEXNOLOGİYA


“Azərbaycan torpağına türbət demişəm” kitabı işıq üzü görüb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun tərtibati ilə “Azərbaycan torpağına türbət demişəm” kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə Zaqafqaziya Seyminin nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ilk parlamentimizin üzvü Hacı Mirzə Səlim Axund Axundzadənin mühacirətdə olarkən qələmə aldığı xatirələri yer alıb. Yeni nəşrdə müəllifin əlyazmasının surəti, əlyazmanın latın qrafikasına çevrilmiş mətni işıq üzü görüb.

Əlyazmanı Zahir Axundzadə təqdim edib. Ərəb qrafikasından latın qrafikasına çevirən və fars dilindən sənədləri tərcümə edən isə Məhəmməd Muxtaridir.

Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.