CƏMİYYƏT


“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 7-də İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 98-ci ildönümü münasibətilə parlamentin üzvü olmuş Hacı Səlim Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, kitabın tərtibatçısı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovdur.

Qeyd edək ki, Hacı Səlim Axundzadə 1872-ci ildə anadan olub, sovet dövründə mühacirətdə yaşayıb, 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edib, Ənzəlidə torpağa tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.