İDMAN


Azərbaycan triatlonçusu dünya kuboku yarışında dördüncü yeri tutub

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC 

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Koreya Respublikasında keçirilən dünya kuboku yarışında dördüncü yeri tutub.

AZƏRTAC xəbər verir ki, idmançımız 74 triatlonçunun mübarizə apardığı yarışı 53 dəqiqə 40 saniyəlik nəticə ilə başa vurub. Eyni göstərici ilə amerikalı Mettyu Makkelroy və rusiyalı Vladimir Turbayevski müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Hər iki idmançı Azərbaycan təmsilçisini bir neçə mikrosaniyəlik fərqlə qabaqlayıb.

Dünya kuboku yarışının qalibi ispaniyalı Uksio Abuina Aresa olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.