İQTİSADİYYAT
Azərbaycan turizm potensialı Gürcüstanda nümayiş etdiriləcəkdir
Bakı, 23 mart (AZƏRTAC). Aprelin 12-dən 14-dək Gürcüstanda “Caucasus Tourism Fair” Beynəlxalq turizm sərgisi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 32 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir. Sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri Azərbaycan, rus və ingilis dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə nazirliyin turizm şöbəsinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.