ELM VƏ TƏHSİL


“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi təşkil ediləcək

Bakı, 13 iyul, AZƏRTAC

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində iyulun 24-dən 31-dək yay məktəbi təşkil olunacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məqsəd bölgələrdə yaşayan gənclərin, tələbələrin karyerasına kömək edəcək bilik və bacarıqların formalaşmasına stimul verməkdir. Yay məktəbində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər. “Təhsil avtobusu - 2017” Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən proqram keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Ötən il proqram çərçivəsində 8 gün ərzində 2000 kilometr yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda oyunları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.