CƏMİYYƏT


Azərbaycan universitetləri arasında əməkdaşlığın yeni mərhələsi

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi UNEC-in rektoru, professor Ədalət Muradov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov imzalayıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Sənədə uyğun olaraq LDU-da iqtisadiyyat və biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə mütəxəssislər hazırlanacaq. Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsində tədrisin vahid proqram əsasında həyata keçirilməsi, universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, ikili diplom proqramının reallaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.