ELM VƏ TƏHSİL


Azərbaycan universitetlərinin impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı artıb

Bakı, 27 yanvar, AZƏRTAC

2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı 350-yə çatıb. Bu göstərici 2015-ci ildəkindən 40 faiz (2015-ci ildə 250 olub) çoxdur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qazanılan uğur 2015-ci ilin dekabrında bu qurum ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında imzalanan əməkdaşlıq müqaviləsinin nəticəsidir.

Əməkdaşlıq nəticəsində ilk dəfə ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları, monoqrafiyaları, konfrans materiallarını da Azərbaycan alimlərinin ixtiyarına verib.

Qeyd edək ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin təxminən yarısı universitet alimlərinin əqli məhsullarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.