İDMAN


Azərbaycan üzgüçüləri Latviyada uğurla çıxış ediblər

A+ A

Bakı, 30 iyun, AZƏRTAC

Üzgüçülərimiz 92-ci Latviya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıblar.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AZƏRTAC-a müsahibəsində deyib ki, “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə milli komandamızın üzvü Fatimə Alkərəmova 800 metr məsafəyə sərbəst üsulla yarışda qızıl medala sahib olub. O, 400 metr məsafəyə sərbəst üsulda isə yarışın gümüş medalını qazanıb.

“Rio-2016”da iştirak hüququ qazanan Maksim Şemberyev isə Riqa turnirində bir daha bu növ lisenziyanı təsdiqləyib. Üzgüçümüz 400 metr məsafəyə qarışıq və 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda birinci olub. Maksim Şemberyev bu nəticələrlə həm Latviya, həm də Azərbaycan rekordlarını təzələyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.