İDMAN


Azərbaycan üzgüçüləri qələbəni son anda əldən veriblər

Bakı, 17 may, G.Mahmudlu, AZƏRTAC

Kişilər arasında 4x100 metr məsafəyə qarışıq üsulla üzgüçülük yarışında qalib Türkiyə komandası olub (3:40.70 saniyə).

AZƏRTAC xəbər verir ki, ikinci yeri İndoneziya təmsilçiləri tutublar - 3:43.61 saniyə. İran üzgüçüləri isə 3:48.27 saniyə nəticə ilə bürünc medalın sahibi olublar.

Azərbaycan atletləri - Boris Kirillov, Maksim Şemberev, Yevgeni Lazuka və Dorian Fazeka medalçılar sırasına düşmə şansını son anda əldən veriblər. Təmsilçilərimiz 3:48.43 saniyə nəticə göstərərək dördüncü yerlə kifayətlənməli olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.