İDMAN


Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb VİDEO

A+ A

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan millisi “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

AZƏRTAC xəbər verir ki, üzgüçümüz Dmitri Saley 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saley məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.

Beləliklə, Paralimpiya millimizin “Rio-2016”da qazandığı medalların sayı ona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.