İDMAN


Azərbaycan üzgüçüsü Roman Saley “Rio-2016”da ilk medalını qazanıb VİDEO

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub.

Digər üzgüçümüz Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.

Yarışın qalibi ukraynalı Sergey Klippert, bürünc medalçısı isə ABŞ təmsilçisi Tuker Dupri olub.

Qeyd edək ki, bir gün əvvəl Dmitri Saley 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında gümüş medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.