ELM VƏ TEXNOLOGİYA


Azərbaycan və ABŞ alimləri birgə çöl tədqiqatları aparacaqlar

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Miçiqan Universiteti arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, sənədə əsasən GGİ və ABŞ universitetinin Yer və Ətraf Mühit Elmləri Departamenti Böyük və Kiçik Qafqazın geoloji tarixi, tektonik quruluşu və seysmik təhlükələri istiqamətlərində birgə tədqiqatlar aparacaq, elmi nəticələri paylaşacaqlar.

Üçillik razılaşma AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə və Miçiqan Universitetinin layihələr üzrə təmsilçisi Ryan Lankton tərəfindən imzalanıb.

Qarşılıqlı işlərə hər iki tərəfdən kadrlar cəlb olunacaq, təlim, seminar və mühazirələr keçiriləcək. Gənc kadr hazırlığı və təcrübə mübadiləsi də memorandumda nəzərdə tutulan məsələlər sırasındadır.

Azərbaycan və ABŞ alimləri regionda birgə çöl tədqiqatları aparacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.