SİYASƏT


Azərbaycan və ABŞ-ın Silahlı qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı, general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işçi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar səfər çərçivəsində Silahlı Qüvvələrin Təlim Mərkəzində keçirilən “Mühəndis istehkam bölmələrinin fəaliyyəti” mövzusunda nümayiş etdirilən məşğələni izləyiblər.

Sonra nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ilə görüşüb.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə Tərəfdaşlıq Proqramı çərçivəsində cari il ərzində keçirilən tədbirlər və 2017-ci il üçün planlaşdırılan fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general R.Aşer hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.

ABŞ nümayəndə heyətinin səfəri iyulun 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.