ELM VƏ TƏHSİL


Azərbaycan və Başqırdıstan alimləri birgə elmi araşdırmalar aparacaqlar

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialında keçirilən “Müasir riyaziyyat və onun tətbiqləri” mövzusunda konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda alimin “Statistik yığılma, onun ümumiləşməsi, kəsilməz hal və Furye-Stiltyes çevirməsinə tətbiqi” mövzusunda məruzəsi dinlənilib.

B.Bilalov Başqırdıstan Pedaqoji Universitetinin professoru, Rusiyanın əməkdar elm xadimi Yaudat Sultanayev, Başqırdıstan Dövlət Universitetinin professoru Azamat Axtyamov və digər alimlərlə müvafiq elm sahəsi ilə bağlı fikirlərini bölüşüb, gələcəkdə “Tam funksiyalar nəzəriyyəsi metodlarının operatorlar nəzəriyyəsinə tətbiqi” mövzusunda birgə elmi araşdırmaların aparılması üzrə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.