REGİONLAR


Azərbaycan və Gürcüstan alimləri birgə elmi araşdırma aparıblar

Gəncə, 11 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan və Gürcüstan alimləri hər iki ölkədə becərilən subtropik meyvələrin yetişməsindəki fərqlilikləri araşdırıblar.

AZƏRTAC xəbər verir ki, araşdırma Azərbaycan Dövlət Aqrar Universitetinin istixanalarında aparılıb.

Alimlər yerli və xaricdən gətirilən subtropik, eləcə də ərazi üçün spesifik olmayan bitkilərin yetişdirilməsi ilə tanış olub, xəstəliklərə qarşı mübarizə tədbirlərini və onların rayonlaşdırılması istiqamətində görülən işləri müzakirə ediblər.

Gürcüstanlı mütəxəssislər gətirdikləri bir neçə növ limon tinglərini universitetin istixanalarında əkiblər.

Sonra alimlər laboratoriyalarda elmi-praktik təcrübələrin aparılması üçün yaradılan şəraitlə tanış olub, eləcə də istixanalarda subtropik meyvə tinglərinin əkilməsi üsullarını müşahidə ediblər.

Gürcüstan Dövlət Universitetinin subtropik təsərrüfat fakültəsinin professoru Aleksandr Mikeladze deyib ki, məqsədimiz iki ölkənin aqrar sektorunda çalışan mütəxəssislərin fəaliyyətini əlaqələndirmək, eləcə də bitkiçilik və meyvəçilik sahəsində aparılan təcrübələri bölüşməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.