İQTİSADİYYAT
Azərbaycan və Gürcüstan dəmiryolçuları Bakı-Tbilisi-Qars xəttinin hazırlığını yoxlamaq məqsədilə yola baxış keçirəcəklər
Tbilisi, 29 iyun, AZƏRTAC
İyunun 29-da Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə əlaqədar növbəti görüş keçirilib.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov, Azərbaycan dəmir yollarının aidiyyəti qurumlarının mütəxəssisləri, eləcə də “Gürcüstan Dəmir Yolları” ASC-nin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub.
Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərində olacaq, xəttin istismara tam hazırlığını yoxlamaq məqsədilə yola baxış keçirəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]