ELM VƏ TƏHSİL
Azərbaycan və İordaniya arasında təhsil sahəsində əlaqələr müzakirə edilib VİDEO
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun İordaniya Universitetinin rektoru İxleyf Taravnehlə görüşündə ölkələrimiz arasında elm, təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə rektor IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşüb. O, səfər çərçivəsində Bakı Dövlət Universiteti ilə imzalanmış Anlaşma Memorandumunun hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib. Rektor Bakıda Ərəb Mədəniyyəti Mərkəzinin yaradılmasına dair məsələnin də Bakı Dövlət Universitetinin rəhbərliyi ilə müzakirə edildiyini bildirib.
İ.Taravneh İordaniya Universitetində fiziki qüsurlu tələbələr üçün zəruri avadanlıqla təchiz edilən xüsusi auditoriyanın yaradılacağını, həmin auditoriyaya ümummilli lider Heydər Əliyevin adının verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman